09 iyun 2023 20:42
339

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 vaksin vurulub.

“İki sahil” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 963, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 199, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 246 nəfər təşkil edir.