Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası olub.
“İki sahil” xəbər verir ki, teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış “Biganə məşuq” səhnə əsərində ümumbəşəri duyğular fonunda qadın-kişi münasibətlərindən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Əsas rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.
Qeyd edək ki, bir hissəli səhnə əsərində fransız müğənnisi Edit Piafın yaşadığı ağır həyatı, xəstəlik həddinə çatan sevgisi təsvir edilib. Əsərdi Lyüsi adlı müğənni çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsinin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq. Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyinin necə olması tamaşada öz əksini tapır
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?