Azərbaycanlı prodüsser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq "Güzgü" Film Festivalının münsiflər heyətinə dəvət edilib.
bu barədə festivalın rəsmi saytında qeyd edilib. Məlumata əsasən, münsiflər heyətinin sədri isə Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyev olacaq. “Güzgü”nün müsabiqə proqramı, münsiflər heyəti, açılış və bağlanış filmləri açıqlanıb. Beynəlxalq müsabiqədə dünyanın 12 ölkəsindən 8 filmin iştirakı gözlənilir.
Festivalın açılış filmi Andrey Tarkovski haqqında sənədli filmlə baş tutacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.
Festival 30 iyun tarixində başlayacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?