Gürcüstanın tanınmış estrada müğənnisi Veriko Turaşvili görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun “Bahar sənsiz” mahnısına klip çəkdirib.
“İki sahil” xəbər verir ki, klipin təqdimatı bu gün Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutub.
Müğənni klipin çəkilişlərinin Gürcüstanda baş tutduğunu, layihədə gürcü, azərbaycanlı və türk peşəkar musiqiçilərin əməyinin olduğunu qeyd edib.
Veriko Turaşvili qeyd edib ki, hazırda 8 mahnının yer alacağı Azərbaycan mahnılarından ibarət albom üzərində işini davam etdirir.
Xatırladaq ki, Veriko Turaşvili bir müddət öncə “Sarı Gəlin” Azərbaycan xalq mahnısına da klip çəkdirib. Müğənni növbəti hədəfinin “Laçın” mahnısına elə Laçın rayonunda klip çəkdirmək olduğunu qeyd edib.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər