Aşıq Ələsgərin abidəsinin yumşaq materialdan (gildən - N.P.) hazırlanması prosesi başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə abidənin müəllifi Xalq rəssamı heykəltəraş Natiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, yumşaq materialdan hazırlanmış eskiz ekspert komissiyası tərəfindən təsdiq olunub.
“Bundan sonra artıq texniki işlərə başlanılır. Əvvəlcə abidə gips halında hazırlanır, daha sonra isə bürüncdən tökülür. Yəqin ki, ilin sonuna doğru proses, tamamilə, başa çatacaq və abidə ucaldılacaq”, - heykəltəraş əlavə edib.
Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.
Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?