Coğrafiyaçılar bu gölə “Kingsley Lake”, pilotlar isə “Silver Dollar Lake” deyirlər. Şəkillərini görsəniz, çox məntiqlidir.
Dünyada on ikiyə yaxın dairəvi göl var. Bir qayda olaraq, onlar ya sönmüş vulkanların boşluqlarında, ya da qədim meteoritlərin kraterlərində əmələ gəlirlər. Bununla belə, “Kingsley” adi yuvarlaq bir göl deyil, həndəsi baxımdan demək olar ki, idealdır və kompaslar bu həqiqəti təsdiqləyir.
O, ABŞ-ın Florida ştatının Kley əyalətində yerləşir və balıq ovu üçün əla yer kimi şöhrət qazanmışdır. Onun forması yalnız uçuş yüksəkliyindən görünür. Buna görə də pilotlar ona “Gümüş dollar” ləqəbini veriblər.
Gölün eni təxminən beş kilometrdir, dərinliyi kifayət qədər böyükdür - 30 metrə qədər. Bu, həm də Florida ştatının ən dərin gölüdür.
Onun mənşəyi hələ də müzakirə olunur. Ən məşhur versiya suyun çuxurda yuvarlaq bir göl meydana gətirməsidir, yəni meteoritlərlə əlaqələndirilmir.
Nubar Süleymanova, “İki sahil”