Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də 44 günlük Vətən müharibəsi sonrası regionda yaranmış yeni reallıqlar barədə süjet yayımlanıb.
“İki sahil” xəbər verir ki, süjetdə Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub.
Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında birgə Bəyannamənin nimzalanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətdiyi bildirilib və beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları barədə məlumat verilib.
Eyni zamanda, süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündən sitatlara yer verilir və Azərbaycanın güclü tərəf olduğu, danışıqlar masasında və sərhəddə güclü mövqelərə sahib olduğu, o cümlədən Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneə qalmadığı
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib