Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş bu gün də davam edəcək.
“İki sahil” xəbər verir ki, görüşlərin ikinci raundu çərçivəsində sülh sazişi layihəsi müzakirə ediləcək.
Yerli vaxtla saat 10:00-dan sonra başlayacaq görüş Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq.
Qeyd edək ki, dünən ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.
Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər də keçirib.
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib