ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə görüşüb.
“İki sahil” xəbər verir ki, C.Bayramov bu barədə tviter hesabında yazıb.
“ABŞ-a işgüzar səfərim çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüm. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi ətrafında fikir mübadiləsi aparıldı. Ermənistanın sülh səylərinə meydan oxuyan qəbuledilməz davranışı və sarsıdıcı səylərini vurğulandı”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib