03 iyul 2023 01:50
441

Nərimanov rayonunda qəza - piyada öldü

Bakının Nərimanov rayonunun Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Məmmədov Rəşad İbrahim oğlu prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçən zaman onu “Volkswagen” markalı nəqliyyat vasitəsi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.