03 iyul 2023 13:49
236

Səudiyyə neft hasilatını 1 milyon barel azaltmaqla bağlı qərarını dəyişməyib

Səudiyyə Ərəbistanı könüllü olaraq sutkalıq neft hasilatını 1 milyon barel azaltmaqla bağlı qərarının müddətini artırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı agentliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanı neft hasilatını sutkada könüllü olaraq bir milyon barel azaltmaqla bağlı qərarını daha bir ay uzadıb”, - deyə məlumatda bildirilir.