05 sentyabr 2023 10:33
307

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı 147 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz artıraraq, 168,5 milyon dollara çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Vurğulanıb ki, avqust ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 32,3 faiz artıraraq, 20,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara bərabər olub. Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.