Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycana səfər edəcək.
Belarusun Azərbaycandakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, XİN rəhbəri Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.
Tədbir çərçivəsində Sergey Aleynik digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib