İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə "İki sahil"ə İraqın Bakıdakı səfirliyindən məlumat verilib.
Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.
İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib