Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirib.
“İki sahil” xəbər verir ki, XİN sözçüsü "Twitter" paylaşımında deyib: “ Görünür, Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır.
Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub”.
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib