Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə yükdaşıma 7% artaraq 9 milyon 157 min 703 ton təşkil edib.
Bu barədə "İki sahil"ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 milyon 378 min 078 ton yük idxal olunub, 1 milyon 666 min 091 ton yük isə ixrac olunub.
Dəmir yolları ilə ölkə daxilində 1 milyon 585 min 836 ton yük daşınıb. Tranzit yükdaşımaları üzrə göstərici bu ilin 6 ayında 3 milyon 527 min 698 ton təşkil edib.
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova