Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq olunan limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas tələbi bankların şübhəli və riskli əməliyyatlarını vaxtında aşkar etmək, terrorçuluğun maliyyələşdirilməsinin, qanunsuz qumar fəaliyyətinin və digər qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısını almaqdır.
Ş. Mahmudzadə qeyd edib ki, banklar müştərilərin gündəlik əməliyyatlarını və pul köçürmələrinin xarakterini nəzərə alaraq daxili limitlər tətbiq edirlər.
AMB rəsmisi vurğulayıb ki, bir şəxsin gün ərzində beş və ya daha çox pulköçürmə qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat kimi qiymətləndirilmir.
“Müəyyən edilmiş limitləri aşan müştərilər banklara müraciət edə bilərlər. Bank tərəfindən əlavə araşdırma aparıldıqdan və əməliyyatların qanuniliyinə əmin olduqdan sonra köçürmələrin həyata keçirilməsinə icazə verilə bilər. Tətbiq olunan məhdudiyyətlərin məqsədi vətəndaşların pul köçürmələrini çətinləşdirmək deyil. Əsas hədəf maliyyə sistemində riskli və qanunsuz əməliyyatların qarşısını almaqdır”, - deyə baş direktor əlavə edib.
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?