Azərbaycan və Efiopiya iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımları müzakirə edib.
“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Efiopiyanın xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç ilə görüşündə bildirib.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Sahib Məmmədov ölkəmizdə bu sahədə aparılan uğurlu islahatların müsbət nəticələrini qeyd edib, azad edilmiş ərazilərimizin yenidən qurulması və iqtisadi reinteqrasiyası ilə bağlı görülən işlərin ümumi iqtisadi inkişafa töhfə verdiyini bildirib.
Mesqanu Arqa Moaç Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, Azərbaycanın iqtisadi islahatlar təcrübəsinin tətbiqinə maraq göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılması, o cümlədən ticarət və investisiya üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsi, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
Görüşdə Efiopiya ilə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspekivləri, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımlar müzakirə edilib.
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova