“Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) elan elədiyi müsabiqənin şərtləri, xəbər verildiyi kimi, iyulun 18-də açıqlanacaq”.
“İki sahil” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və Kommunukasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.
“Sosial mediada müsabiqə ilə bağlı layihələrin qəbulunun iyulun 18-də başa çatması ilə bağlı deyilən fikirlər yanlışdır. İyulun 18-də həm müsabiqəyə layihələrin təqdim edilmə şərtləri açıqlanacaq, həm də ümumilikdə müsabiqə haqqında təqdimat olacaq”, – Aynur Kərimova əlavə edib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyi dünən film layihələrinin qəbulu ilə bağlı müsabiqə elan edib. Müsabiqənin konkret şərtlərinin açıqlanmaması media və sosial şəbəkədə müzakirələrə səbəb olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?