Azərbaycan diplomatlarının dialoqun, sülhün təşviqinə verdiyi həyati töhfə hamı üçün çox vacibdir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviter hesabında yazıb.
“Azərbaycanın diplomatik xidmət Günü münasibəti ilə Xarici İşlər Nazirliyinin fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm.
Çoxtərəfliliyin, dialoqun, sülhün və əməkdaşlığın təşviqinə verdiyiniz həyati töhfə hamı üçün daha parlaq və firavan gələcək qurmaq naminə çox vacibdir”, - Vladanka Andreyeva qeyd edib.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib