MİQ imtahanın təşkilində məqsəd vakant yerlərin tam dolmasıdır.
“İki sahil” xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu ilə bağlı brifinqdə deyib. O bildirib ki, buna baxmayaraq, vakant yerləri seçdiyi halda sonradan imtina edən namizdələr də olur, bu isə həmin məktəblərdə vakant yerlərin boş qalmasına səbəb olur:
"Biz bildirmək istəyirik ki, müəllimlər kifayət qədər bal topladıqdan sonra seçdikləri vakant yer üzrə işləməyəcəklərsə, seçim etməsinlər. Hazırda 9000-dən vakant yerlər var. Vakant yerlər davam edir. 8 müxtəlif vacant yer seçmək imkanı olacaq".