2023-cü ilin ikinci rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 21.9%-i təşkil etməklə 6 391.4 mln. manat, qeyri-ticari sektorda isə 78.1% təşkil etməklə 22 796.3 mln. manat olub.
Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd edək ki, artım müşahidə olunan fəaliyyət sahələrinin ümumi qeyri-ticari sektor üzrə daxilolmalarda payı 53%, azalma müşahidə olunan fəaliyyət sahələrinin payı isə 47% təşkil edib. Bütövlükdə, ötən ilin dördüncü rübü ilə müqayisədə cari ilin birinci rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində yüksələn artım, qeyri-ticari sektor üzrə isə nisbi azalma müşahidə edilib.
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?