Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2022-ci ili 7,772 milyon manat xalis mənfəətlə başa vurub.
“İki sahil” idarənin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 81 % çoxdur.
Ötən il DRİ-nin xidmətinin satışından gəlirləri 17,709 milyon manat (əvvəlki ilə nisbətən 14,4 % çox), xidmətinin maya dəyəri 4,002 milyon manat (13,2 % az), ictimai tədbirlərin təşkil edilməsindən gəlirləri 4,45 milyon manat (əvvəlki il olmayıb), bu tədbirlərin maya dəyəri 4,45 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə ehtiyat ayırmaları 7 min manat (68,7 dəfə az), inzibati və digər əməliyyat xərcləri 4,278 milyon manat (6,8 % az), məzənnə fərqindən gəlirləri 11 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1,662 milyon manat (10,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Dövlət Radiotezliklər İdarəsinin aktivləri 11,02 milyon manat olub ki, bu da illik müqayisədə 20,3 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 4,3 dəfə artaraq 5,15 milyon manata çatıb, balans kapitalı isə 2,2 dəfə azalaraq 5,87 milyon manata düşüb.
Xatırladaq ki, Dövlət Radiotezliklər İdarəsi 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16,02 milyon manatdır. İdarə ölkədə mülki məqsədlər üçün radiotezlik idarəçiliyini həyata keçirən dövlət təşkilatıdır.
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?