İllər əvvəl yayımlanan "Çocuklar duymasın" serialından tanınan aktrisa Melek Şahin işsiz qalıb.
“İki sahil” xəbər verir ki, ekran işində Əminə obrazını canlandıran Melek bu haqda sosial şəbəkədə yazıb.
"5 ildir rədd etdiyim layihə və teatr işlərindən başqa nə üçün serial və filmlərdə rol almamağımla bağlı sual ünvanlamaq istəyirəm. Çox qırıldım, üzüldüm, üsyan edirəm. Niyə mənə təkliflər gəlmir" deyə, aktrisa bildirib.
O bildirib ki, evi də əlindən alınıb:
"3 qat baha kirayə ödəyib, çətinliklə bir ev tapdım. Yaşamaq çox çətinləşib. Üsyan edirəm. 4 il teatr təhsili aldım. Əmək sərf etdim, işimi çox sevirəm və çörək pulumu da bu yolla qazanıram".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?