İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi 2023-2024-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.
-Veb dizayner və proqram təminatçısı (ödənişli əsaslarla, 1 illik);
-Qrafik dizayner (ödənişli əsaslarla, 1 illik);
-Torna və frezer dəzgahlarının operatoru (dövlət hesabına, 1illik);
-Aqroservis mütəxəssisi (dövlət hesabına, 1 illik);
-Avtomatika üzrə usta (dövlət hesabına, 1 illik);
-Sənayedə quraşdırma işləri üzrə usta (dövlət hesabına, 1 illik);
-Proqramla idarə olunan dəzgahların operatoru (dövlət hesabına, 1 illik);
-Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru (dövlət hesabına, 1 illik);
-İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına, 1 illik);
-Mexaniki yığma işləri üzrə çilingər (dövlət hesabına, 1 illik);
-Elektronika ustası (dövlət hesabına, 1 illik);
-İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik (dövlət hesabına TP, 3 illik);
-Kompüter sistemlərində proqramlaşdırma (dövlət hesabına YTP, 3 illik);
Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edəcəklər.
Qəbul elektron formada portal.edu.az vasitəsilə həyata keçirilir. Müsabiqədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.
Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Elektron müraciət sistemi (https://bit.ly/3O8pcDG ) və ya Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrələri : (051) 277-37-56, (051) 205-97-55
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?