Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3,1 mln. ton neft emal edilib, bu da 14,8% çoxdur.
“İki sahil” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda 2,7 mln. ton neft emal edilib.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir