Neft nəhəngi “Shell” Namibiya dənizində ardıcıl dördüncü kəşfə imza atıb. “Shell” hələ bu ilin mart ayında Namibiyadan 270 km məsafədə-dənizdə yerləşən “PEL-39” kəşfiyyat lisenziyasındakı “Jonker-1X” dərinsulu kəşfiyyat quyusunda neft ehtiyatı aşkar etmişdi.
Şirkət indi 2913A Blokdakı kəşflər kvartetindən bir qədər şimalda yerləşən böyük perspektivi hədəf alaraq beşinci kəşfiyyat zondu qazmağa başlayıb. "Namibiyadakı çoxşaxəli kampaniyamızın bir hissəsi olaraq biz dördüncü kəşfiyyat quyumuz olan “Lesedi-1X”in qazılmasını təhlükəsiz şəkildə və uğurla başa çatdırdıq. İndiyə qədər topladığımız məlumatlar ərazidəki karbohidrogenlərin mövcudluğunu təsdiqləyir”- deyə “Shell”in sözçüsü Upstream saytına bildirib.
Leyla Şıxəli, “İki Sahil”
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir