Cari ilin yanvar-iyun aylarında ölkədə 60,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.
Qeyd edək ki, ÜDM istehsalının 43,7%-i sənaye, 9,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,7%-i tikinti, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 5946,9 manata bərabər olub.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir