Bu ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,48% çoxdur.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,7%-i və ya 12 570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3%-i və ya 2 455,2 min tonunu (4% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir