Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.
“İki sahil” OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata istiandən xəbər verir ki, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,14 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,03 mln. barel azdır. Belə ki, hasilatın artım tempi 1,41 səviyyəsində olacaq.
Proqnoza əsasən, OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 68,53 mln. barel olacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,39 mln. barel artım deməkdir.
Hesabatda bildirilir ki, 2022-ci ildə sözügedən göstərici 65,73 mln. barel həcmində olub.
Xatırladaq ki, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir