2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 57,017 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.
“İki sahil” Dövlər Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 16 milyon 554 min dollar artıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana 40 milyon 463 min dollar dəyərində tütün tütün məhsulları idxal edilib.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.70%-nə bərabər olub.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir