Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 6 187 müraciət daxil olub.
“İki sahil” xəbər verir ki, bunu qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirdiyi “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, 2 903 müraciət "Opentext" proqramı vasitəsilə, 3 284 müraciət isə elektron formada daxil olub.
"Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 273 vahid azalıb. Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub", - deyə İ.Kərbalayev qeyd edib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir