Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Nigaranam” mahnısını oğurlayıblar.
“İki sahil” xəbər verir ki, erməni ifaçı Tiqran Asatryan mahnını “Andzrev” adı ilə yutub kanalında yerləşdirib.
O, mahnının müəlliflərini qeyd etməyib.
Qeyd edək ki, A. Kazımova bu mahnını 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kamala məxsusdur. Mahnını daha sonra Xalq artistləri Brilliant Dadaşova, Nəsibə Abdullayeva, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova və s. müğənnilər ifa ediblər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?