Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2 936 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
"İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunların 88,3%-i fiziki, 11,7%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb. Cari ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 55,4%-i elektron qaydada, 44,6%-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
Cari ilin 6 ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1 353 vahid olub. Cari ilin iyun ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyekti olan ƏDV ödəyicilərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə artıb.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir