Bu ilin I yarısında Azərbaycanda hava nəqliyyatı ilə 861 milyon 730 min ABŞ dolları dəyərində 51 min 419 ton yük daşınıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,2 % və 29,8 % çoxdur.
O cümlədən, 6 ay ərzində hava nəqliyyatı ilə 157 milyon 671 min ABŞ dolları dəyərində 46 min 161 ton yük ixrac olunub, 704 milyon 58 min ABŞ dolları dəyərində 5 min 258 ton yük idxal olunub.
Hesabat dövründə ixrac olunan yükün dəyəri 18 %, həcmi 32,2 %, idxal olunan yükün isə dəyəri 9,1 %, həcmi 9,4 % artıb.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir