Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 26 milyard 786,8 milyon manat, xərcləri isə 15 milyard 711,4 milyon manat təşkil edib.
“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 47,6% və 9,5% çoxdur.
Son nəticədə icmal büdcədə 11 milyard 75,4 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə çoxdur.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir