Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyulun 22-də Naxçıvanda vətəndaşları qəbul edəcək.
“İki sahil”in DGK-ya istinadən verdiyi xəbərə görə, qəbul saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küç. 110) baş tutacaq.
Qəbulda Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Qəbul zamanı vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir