Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub.
“İki sahil” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib.
O. Məmmədov bildirib ki, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır: "Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq. Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir".
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir