Azərbaycan bu il noyabrın 9-11-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi"ndə iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bunu İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Ashraf ElTanbouly bu gün Bakıda işini davan etdirən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında - "ICHS-in halal bazarına daxil olmaq üçün yeni hazırlanmış təşəbbüsləri" mövzusunda müzakirələrdə tədbirdə deyib.
Onun sözlərinə görə, "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi" halal sənayelərin qlobal inkişafına təkan verəcək: "Sərgidə 65 ölkədən 200-dən çox şirkət iştirak edəcək, halal sertifikatlı, ticarətə hazır şirkətləri, alıcıları, aparıcı brendləri, istehsalçıları və distribüterləri bir araya gətirəcək".
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
Mikayıl Cabbarov: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 50 faizdən çox artıb
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir