2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Qazaxıstana ixracı 60 milyon 180 min dollar təşkil edib.
“İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 2.6 dəfə və ya 36 milyon 956 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Qazaxıstana 23 milyon 224 min dollar dəyərində məhsul ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana idxal edilən məhsulun dəyəri illik müqayisədə 48% azalaraq 157 milyon 970 min dollara bərabər olub.
Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0.83% təşkil edib.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib