Almaniyanın “Wintershall” neft və qaz şirkəti Norveç dənizində kəşf etdiyi “Bergknap”p quyusunun yerləşdiyi yataqda kifayət qədər əhəmiyyətli ehtiyatların olduğunu sübut etməyə davam edir. Şirkət “Bergknapp” qiymətləndirmə quyusundan gündəlik 38-72 milyon ehtiyat aşkar etdiyini elan edib.
Qeyd edək ki, Şirkətin “LinkedIn”də verdiyi açıqlamaya görə, qiymətləndirmənin nəticələri şirkətin ərazidəki əməliyyatların davam edib-etməyəcəyini müəyyən edəcək.
“Wintershall Dea” artıq “Bergknapp”a yaxın olan ərazidə bir neçə kəşfə imza atıb. “Wintershall Dea Norge”nin Qazma və Quyular şöbəsinin rəhbəri Nils Petter Norheim: “Bu, “Transocean Norge” ilə qazılan quyular seriyasının sonuncusudur. Ən əsası odur ki, biz bu quyuları ən yüksək HSEQ standartı ilə təhvil verməyə davam edirik”-deyə bildirib. // rochesterfirst.com
Leyla Şıxəli, “İki sahil”
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib