Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Şahin Mahmudzadə və İlahə Baxışova Tahirli III “Yüksəliş” müsabiqəsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.
“Yüksək intellektual zəka və dərin sosial məsuliyyətə, düzgün qərar qəbuletmə bacarığına sahib istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə ölkəmizdə bilik və bacarıq yarışı olan daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşdı. “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini, o cümlədən əməkdaşlarımızı bu münasibətlə təbrik edir, bundan sonra da uğurlar arzulayırıq”, - deyə o qeyd edib.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib