80-ci Venesiya Film Festivalının açılış nümayişi üçün elan edilən Luka Quadaqninonun “İddiaçılar” filmi şouda iştirak etməyəcək.
“İki sahil” xəbər verir ki, “İddiaçılar” filminin əvəzinə Venesiya Film Festivalı italyan rejissoru Edoardo De Ancelisin “Kapitan” filminin nümayişi ilə açılacaq.
Festivalın rəhbəri Alberto Barberanın məlumatına görə, batmış düşmən gəmisinin ekipajını xilas edən sualtı qayıq kapitanından bəhs edən “Kapitan” filmi həmçinin festival çərçivəsində təşkil olunacaq əsas müsabiqədə iştirak edəcək.
“Bu ekran əsəri aktual mövzulara toxunur. Kapitan Salvatore Todaro obrazı öz insani hərəkəti ilə hərb sahəsinin qəddar rejiminə qarşı çıxır. S.Todaro həyatda yaşamış təbii personajdır. O, 1942-ci ildə 34 yaşında vəfat edib”, - deyə A.Barbera vurğulayıb.
Qeyd edək ki, festivalın tam proqramı iyulun 25-də təqdim olunacaq. Müsabiqənin münsiflər heyətinə amerikalı rejissor Damien Şazel rəhbərlik edəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?