Bu, mənim Şuşaya ilk səfərimdir. Hərbi müxbiri olaraq 44 günlük müharibədən dərhal sonra Qarabağa səfər etmək imkanımız oldu. Bu ərazilərdə aparılan yenidənqurma işlərini görmək və Azərbaycan hökumətinin nümayəndələrindən onların buraları bərpa etmək niyyətində olduqlarını eşitmək çox xoşdur.
Bu sözləri Şuşa Qlobal Media Forumunda iştirak edən “TRT World”ün müxbiri Oubay Şahbandar söyləyib.
“Bir jurnalist kimi Qarabağdakı faktların şahidi olmaq və reallığı yerində dərk etmək üçün buraya səfərə gəlmək baş verənləri dünyadakı izləyicilərimizə çatdırmaq baxımından əla fürsətdir”, - deyə o vurğulayıb.
AZƏRTAC
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir