Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Moldova mətbuatının diqqət mərkəzində olub.
“İki sahil” xəbər verir ki, Moldova və rus dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.
"Report"a istinadən verilən materiallarda qeyd olunub ki, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir