Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Xalqlarımızı ənənəvi dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir”.
Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir