Artıq yavaş-yavaş səhhətim yaxşılaşır.
“İki sahil” xəbər verir ki, bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.
Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:
"İnanıram ki, tezliklə ayağa qalxacağam".
Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər