Hər hansı bir jurnalistin yadda saxlamalı olduğu başlıca məsələ dürüstlük, peşəsinə sadiqlikdir. Jurnalist məlumatları ictimaiyyətə qərəzsiz və doğru şəkildə çatdırmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Vüqar Seyidov Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Təhlükəsizlik məsələləri” adlı sessiyada çıxışı zamanı bildirib.
“Ümumiyyətlə, ictimaiyyət, konkret olaraq xəbər istehlakçıları qərəzsiz, doğru informasiyaları almaq istəyirlər. Bu, hər bir jurnalistin işini icra edərkən yadda saxlamalı olduğu vacib amildir”, - deyə o qeyd edib.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir