Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.
Əməkdaşlığımızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir