“Bir kəmər, bir yol” təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində səsləndirib.
“Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir”, - deyən dövlət başçısı vurğulayıb ki, buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir